BANK

26 Avqust

Mərkəzi Bank: 2020-ci ilin 6 ayı ərzində manatla pul bazası 7.4% azalıb

2020-ci ilin 6 ayı ərzində manatla pul bazası 7.4% azalmış və dövrün sonuna 11.3 mlrd. manat təşkil etmişdir ki, bu da başlıca olaraq hökumət hesabları qalığının dəyişimilə bağlıdır.

Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, I rübün yekunu üzrə pul bazasının azalma tempi 17.2% idi. Hesabat dövründə manatla pul bazasının struktur elementi olan dövriyyədəki nağd pulun həcmi 6 3.4%, manatla müxbir hesabların qalığı isə 31.5% azalıb.

Eyni zamanda manatla geniş pul kütləsi I yarımilliyin sonuna 17.2 mlrd. manat təşkil  edib. Bu, cari ilin mart ayının sonu ilə müqayisədə 4.4% çox olsa da, 2019-cu ilin sonu ilə müqayisədə 5.9% azdır. 

Müəllif:Aynur Qəniyeva