BANK

26 Avqust

Mərkəzi Bank: 2020-ci ilin II rübündə depozitlərin dollarlaşmasında azalma müşahidə olunub

2020-ci ilin I rübünün son ayında depozitlərin dollarlaşması bir qədər artsa da, II rübdə azalma meyili müşahidə olunub

Fins.az Mərkəzi Bankın Pul siyasəti icmalına istinadən xəbər veir ki, , xarici valyutada əmanət və depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi 2020-ci ilin mart ayında 56.5% olsa da, iyunun sonuna bu rəqəm 53.3%-ə düşüb.

Məlumata görə,xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi 2020-ci ilin birinci yarımilliyinin sonuna 34.5% olub. (mart ayında 38.5%)

Müəllif:Aynur Qəniyeva