BANK

26 Avqust

 FED faiz dərəcəsini 5 il ərzində sıfıra yaxın saxlayacaq

Fed-in pul siyasəti ilə bağlı yeni strategiyasında faiz dərəcələrinin beş il və ya daha çox müddətə sıfıra yaxın olacağı gözlənilir
Fins.az xəbər verir ki, Fed yeni pul siyasəti strategiyasını təyin etdikdən sonra, ehtimal ki, beş il və daha çox müddətə qısamüddətli dərəcələri sıfıra yaxın saxlayacaq. Keçmiş buraxılmış səhvləri kompensasiya etmək üçün inflyasiyanı 2 faiz səviyyəsindən müvəqqəti aşaraq qarşılaya bilərlər.

Fed sədri Jerome Powell, Cümə axşamı Cekson Hole konfransında Fed-in bir yarım illik siyasət çərçivəsi qiymətləndirməsini və tətbiqlərini yeniləyəcək. Pandemiya səbəbindən konfrans bu il rəqəmsal şəkildə keçiriləcək.