BANK

26 Avqust

Mərkəzi Bankın 200 mln. manatlıq notları yerləşdirilib

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100983S dövlət qeydiyyat nömrəli, 200 mln. manat həcmində, 28 gün tədavül müddətli, qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 14 investor tərəfindən qiymət 99,5158 manat (6,26%) olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 693 356 700 manat olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5158 manat (6,26%), orta ölçülmüş qiyməti 99,5158 manat (6,26%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 23 sentyabr 2020-ci ildir.