BANK

26 Avqust

Bank sektorunda işləyənlərin sayı AÇIQLANIB

Azərbaycanın bank sektorunda işləyənlərin sayı 2020-ci ilin İyul ayı ərzində 78 nəfər artaraq 18 min 478-ə çatıb. İyunun sonunda bu sektorda 18 min 400 nəfər çalışırdı.

Fins.az xəbər verir ki, bu barədə  Mərkəzi Bank məlumat yayımlayıb

Məlumata görə, ötən ilin sonu ilə müqayisədə bank sektorunda işləyənlərin sayı 982 nəfər azdır. 2019-cu ilin sonunda bank sektorunda işləyənlərin sayı 19 min 460 nəfərə çatıb.