Richmond şəhəri üzrə Fed sədri Barkin, qeyri-müəyyənliyin yüksək olduğunu və iqtisadiyyatdakı oyunçular üçün problem yaratdığını deyib.
Fins.az xəbər verir ki, Richmond şəhəri üzrə Fed sədri Tomas Barkin, iqtisadi böhranın düşündüklərindən daha uzun sürəcəyini bildirib.
Barkin, York County Regional Ticarət Palatası tərəfindən təşkil edilən veb seminardakı qiymətləndirməsində, "ABŞ Mərkəz Bankının siyasət etalon faiz dərəcəsi çərçivəsində sıfırın indi dayanmaq üçün doğru yer olduğunu düşünürəm. Bütün gücümüzlə çalışmalıyıq."
Qeyri-müəyyənliyin olduqca yüksək olduğunu və bunun iqtisadiyyatda bir çox problemə səbəb olduğunu qeyd edən Barkin, "Bazarlar Fed-in iqtisadiyyata yardım etmək öhdəliyi mesajını alıb.Bu, düşündüyümüzdən daha uzun davam edən aşağıya doğru bir hərəkət olacaq"-deyə bildirib
Qeyd edək ki, Barkinin bu il Federal Açıq Bazar Komitəsi (FOMC) iclaslarında səsvermə hüququ yoxdur.
Müəllif:Aynur Qəniyeva