Yaxın gələcəkdə Rusiya başqa ölkələrə daha az kredit verəcək.
Fins.az xəbər verir ki, buna səbəb dövlətlərarası kreditdən imtina üçün əsasların siyahısının əhəmiyyətli dərəcədə genişləndirilməsidir.
Yeni siyahıya əsasən, öz ərazisində hərbi konflikt və ya sosial-siyasi böhran yaşayan, beynəlxalq sanksiyaların tətbiq edildiyi, Rusiyada qadağan olunan terror təşkilatlarının maliyyələşdirilməsində iştirak edən və s. ölkələrə Rusiya kredit verməyəcək.