Beynəlxalq valyuta birjalarında Amerika Mərkəzi Bankının (FED) toplantı protokolunun yayımlanmasından sonra dolların aparıcı valyutalara nisbətən qiymətləri sürətlə bahalaşmağa başlayıb. Protokolda FED-in uzun müddətli strategiyalarına yenidən baxdıqlarını və prosesinin sonuna çatdıqlarını açıqlanıb. Buna səbəb isə Amerika iqtisadiyyatının Korona böhranından ağır zərbə görməsidir və gələcək gözləntilərin də böhrandan asılı olmasıdır. Bütün bunlar isə gələcək iqtisadi proqnozların daha da pisləşməsinə əsaslar yaradır.
Protokolun yayımlanmasından sonra investorlar səhmlərdən çıxaraq, güvənli liman maliyyə aləti kimi dollara yönəldilər. Son günlər tarixi rekord səviyyələrini yeniləyən "SP500" indeksi, Amerika sessiyasında 3370 punkta kimi 0.9% ucuzlaşmışdır. Təhlillərə əsasən, indeks 3400müqavimət səviyyəsinin altında qaldıqca, 3344 punkta kimi də ucuzlaşa bilər.