Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Bank Tədris Mərkəzi arasında imzalanmış müvafiq tədbirlər planı əsasında əhalinin kreditlə izafi borclanmasının qarşısının alınması üçün cari ilin iyun–iyul aylarında onlayn təlimlər təşkil edilib.
Fins.az xəbər verir ki,“Əhalinin izafi borclanmasının yaradacağı mümkün risklərin idarə olunması” mövzusu üzrə kommersiya banklarının rəhbər işçiləri, “İzafi borclanma: problemlər və tövsiyələr” mövzusu üzrə tələbələr, jurnalistlər, mediya işçiləri və vətəndaş cəmiyyəti institutları, “Sahibkarın pul axını və kredit” mövzusu üzrə bank mütəxəssisləri təlimlərə cəlb olunmuş, mövzularla əlaqədar müzakirələr aparılmış, onları maraqlandıran suallar cavablandırılıb.
Eyni zamanda əhatəliliyin artırılması üçün “İzafi borclanma: problemlər və tövsiyələr” mövzusunda onlayn təlim modulu hazırlanaraq Mərkəzi Bankın Virtual Təhsil Platformasında yerləşdirilmiş (//edu.e-cbar.az/course/view.php?id=97) və geniş auditoriyanın istifadəsinə verilib.
Qeyd edək ki, Mərkəzi Bank sözügendən Strateji Yol xəritəsinin icrasına uyğun bank sektoru mütəxəssislərinin və eləcə də əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş maarifləndirmə tədbirlərini davam etdirir.
Müəllif:Aynur Qəniyeva