Günün ikinci yarısında “MilliÖN” terminallarında “Kapital Bank”ın “Kart hesabının artırılması” xidməti bərpa olunacaq.
Bunu "Komtec" şirkətinin müştəri xidmətləri bölməsinin rəhbəri Ülviyyə Əfəndiyeva deyib.
Onun sözlərinə görə, bu istiqamətdə hazırda profilaktik işlər aparılır.
Qeyd edək ki, “Kart hesabının artırılması” xidməti “MilliÖn” terminallarında avqustun 7-dən dayandırılıb. Xidmət üzrə əməliyyatları həyata keçirmək yalnız “Kapital Bank”ın və “Modenis” şirkətinə məxsus “eManat” terminalları vasitəsi mümkündür.
(c)APA