BANK

06 Avqust

Naxçıvanda  nağdsız ödənişlərin 15 milyon 144 min manatı POS-terminallar vasitəsilə aparılıb 

Naxçıvan Muxtar Respublikasında aparılan nağdsız ödənişlərin 15 milyon 144 min manatı POS-terminallar vasitəsilə, 25 milyon 139 min manatı isə internet və digər ödəniş vasitələri üzərindən həyata keçirilib.

Fins.az xəbər verir ki, bununla yanaşı, 2020-ci il 1 iyul tarixinədək muxtar respublikada 113 ədəd bankomat quraşdırılıb. Həmçinin bu dövrədək ödəmə terminallarının sayı 66 ədəd təşkil edib.

İyulun 1-dək muxtar respublikada 1310 POS-terminal quraşdırılıb və hazırda bu istiqamətdə işlər davam etdirilir. Görülən işlərin nəticəsidir ki, cari ilin birinci yarısında POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 40 milyon 283 min manat olub. 

Müəllif:Aynur Qəniyeva