BANK

05 Avqust

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 3,4% artıb-MƏBLƏĞ

Azərbaycan Mərkəzi Bankının saytında yer alan məlumatlara görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 31 iyul 2020-ci il tarixinə 6 milyard 468,7 milyon dollar təşkil edir.

2019-cu ilin sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard 258 milyon dollar təşkil edib.

Beləliklə, 2020-ci ilin yanvar-iyul aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 3,4% artıb. Bununla yanaşı, iyul ayında Mərkəzi Bankın valyuta ehtiyatları 0,5% və ya 32,4 milyon dollar artmışdır.

Xəbər verildiyi kimi, 2019-cu ildə Mərkəzi Bankın valyuta ehtiyatları 11,2% artıb.