Mobil telefonlardan POS-terminal olaraq istifadə edilməsi imkanı yaradılmalıdır
Fins.az xəbər verir ki,bunu ABA-nın ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov deyib
O bildirib ki, ödəniş kartları bazarında tokenizasiya xidmətinin tətbiqi genişləndirilməli, həmçinin ödəniş terminalları sahəsində mobil telefonlardan POS-terminal olaraq istifadə edilməsi imkanı yaradılmalıdır.Pandemiya dövrünün rəqəmsal ödənişlər üçün bir sınaq dövrü olduğunu nəzər salsaq, ümumən postpandemiya dövründə həyata keçiriləcək islahatlar bu sahədə rəqəmsallaşmanın daha da dərinləşməsinə, ödənişlərdə zaman məfhumunun aradan qaldırılmasına, məsafədən xidmətlərin genişləndirilməsinə yönəlməlidir”
(c)BBN