Fundamental olaraq isə Avropa Mərkəzi Bankının cümə axşamı verdiyi müsbət açıqlamalar avro və funtun bahalaşmasına təkan olması ilə bərabər, Avrozona və İngiltərə iqtisadiyyatı ilə bağlı statistika göstəricilər də müsbət açıqlanmaqda davam edir. Bu göstəricilərdə müsbət dinamika Amerika dinamikasını da üstələyir.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00-da Avrozonanın inflyasiyası və saat 16:30-da Amerikanın tikinti sektoru ilə bağlı önəmli fundamental göstəricilərin də yayımlanması gözlənilir və qiymətlərə güclü təsir edə bilər.
Əlvan metallar bazarlarında da qızılın bir unsiya üzrə qiymətində bahalaşmanın davam edəcəyi ehtimal edilir.