Beynəlxalq valyuta birjalarında Amerika iqtisadiyyatına dair fundamental göstəricilərin yaxşılaşması gözləntiləri, dollara olan tələbi artırır.Amerika iqtisadiyyatına dair fundamental göstəricilərin sürətlə yaxşılaşması ilə yanaşı, inflyasiyanın da 0.6%-ə kimi yüksələcəyi proqnozları dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşmasına səbəb olur. Avrozona və İngiltərədə bu göstəricilərin müvafiq olaraq 0.3 və 0.5% olmasını nəzərə alaraq, Amerika üzrə ehtimallar özünü doğruldarsa, bu, EUR/USD və GBP/USD məzənnələrinin də ucuzlaşmalarına səbəb ola bilər.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 10:00-da İngiltərənin iqtisadi inkişaf sürəti və sənaye sektoru ilə bağlı statistik məlumatları yayımlanacaqdır. Saat 13:00-da dərc ediləcək Almaniyada gələcək iqtisadi gözləntiləri ölçən indeks də investorların diqqət mərkəzindədir.
Qeyd etmək lazımdır ki, ABŞ üzrə inflyasiya göstəriciləri bu gün saat 16:30-da açıqlanacaqdır.