BANK

10 İyul

Günay Bankın 2020-ci ilin ilk yarımilliyində aktivləri artıb-MƏBLƏĞ

2020-ci ilin birinci yarısında “Günay Bank”ın aktivləri 14,6% - 247 milyon 198,65 min manatadək artıb.
Bankın kredit portfeli 176 milyon 296,71 min manat (artım 10,9%), o cümlədən biznes kreditləri 116 milyon 336,04 min manat (azalma 0,1%) təşkil edib.

İyunun sonuna bankın öhdəlikləri 181 milyon 886,42 min manata (artım 20,2%), depozitləri 103 milyon 250,74 min manata (artım 26,6%), o cümlədən əhalinin əmanətləri 82 milyon 775,45 min manata (artım 28,7%) bərabərdir.

2020-ci il iyunun 30-na “Günay Bank”ın kapitalı 65 milyon 312,23 min manat (artım 1,5%) nizamnamə kapitalı 64 milyon 910,093 min manat (dəyişməyib) təşkil edir.