BANK

29 İyun

Rabitəbankın Kartmane kartları ilə bütün restoranlardan 27% keşbək

Yalnız bir gün - 30 iyun, “Rabitəbank” 27-ci yaşında Kartmane vasitəsilə restoranlardan və yemək çatdırma xidmətlərindən sifarişlə edilən bütün ödəmələr 27% keşbək qazandıracaq. Bu kampaniya xüsusən mövcud vəziyyətlə bağlı hərkəsin evdə olduğu müddətdə ən çox yararlandığı restorandan yemək sifarişi tətbiqləri üçün  keçərlidir. Hansı restoran olmasından asılı olmayaraq 30 iyun üçün bütün sifarişlərdən 27% keşbək Kartmane kartına geri qayıdacaq.

Kartmane həm debet, həmdə kredit kartı kimi seçimləri olan unikal məhsuldur. Bu kartın sahibləri partnyor mağazalardan 30%-dək, istər Azərbaycanda, istər xaricdə bütün YDM-lərdən 10%-dək, restoranlardan isə 5%-dək keşbək qazanırlar. Digər istənilən növ əməliyyatlar zamanı isə müştərilərə tam 2 % keşbək qazanmaq imkanı yaradılıb. Kartmane vasitəsilə “Rabitəbank”a məxsus bankomatlardan nağd vəsaitin çıxarılmasına görə heç bir komissiya haqqı tətbiq edilmir.

Kartmane özsahiblərinə əlavə olaraq başqa üstünlüklər də qazandırır. Beləki, Kartmane  Azərbaycanda 100 gün güzəşt müddətli ilk kredit kartıdır. Yəni siz kartdakı vəsaitdən 100 gün ərzində faizsiz istifadə imkanı əldə edə bilərsiniz.

Əgər hələdə Kartmaneniz yoxdursa, Rabitəbankın istənilən filialına yaxınlaşaraq və ya www.rabitabank.az saytından, “Rabitabank Mobile” tətbiqi və mesencer teleqram üzərindən “RabitaBot” çatbotu vasitəsilə sifariş edə bilərsiniz. Kartmane haqqında bütün yeniliklərdən ilk xəbərdar olmaq üçün “Kartmane” teleqram kanalına abunə ola bilərsiniz: //t.me/KartmaneAZ