2020-ci ilin ilk 5 ayında Azərbaycan Məzrkəzi bankının pul bazası 12480,8 milyobn manat təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın açıqladığı məlumatda bildirilir.
Məlumata görə, bu göstərici ötən ayla müqaisədə 706,9 mln manat çoxdur. Belə ki, ötən ay Mərkəzi Bankın pul bazasının həcmi 11773,9 milyon manat təşkil etmişdi.
Mərkəzi Bankın manatla olan pul bazası 10921,2 milyon manat olub ki, bu da ötən ayla müqaisədə 856 milyon manat çoxdur.
Müəllif:Aynur Qəniyeva