BANK

25 İyun

Avropa Mərkəzi Bankı bu banklara likvidlik dəstəyi verəcək

Avropa Mərkəzi Bankı (ECB) Avro Bölgəsindən kənarda yerləşən mərkəzi banklara avro likvidliyini təmin edəcək yeni bir repo proqramıb həyata keçirəcəyini açıqlayıb.

Avropa Mərkəzi Bankının (ECB) verdiyi açıqlamasında  Avropanın yeni banklarının Avropada yeni EuroSistem Repo Proqramı (EUREP) vasitəsi ilə maliyyələşdirilə biləcəyi ifadə edilib. 

Fins.az xəbər verir ki, açıqlamada, bankın bu addımının, koronavirusun yayılması səbəbiylə Avrozona xaricindəki mərkəzi bankların likvidlik ehtiyacını qarşılamaq üçün bir tədbir olaraq təqdim edildiyi  bildirilib.

Avropa Mərkəzi bankının açıqlamasında yeni proqramın Avrozona xaricindəki mərkəzi banklara avro ilə borc almağa imkan verəcəyi və proqramın 2021-ci il iyunun sonuna qədər davam edəcəyi qeyd edilib. 

Müəllif: Aynur Qəniyeva