BANK

25 İyun

Mərkəzi Bankın dövriyyədə nə qədər notu var -MƏBLƏĞ

Azərbaycan Mərkəzi Bankının dövriyyədə olan notlarının həcmi 736,2mln manat təşkil edir

Fins.az xəbər verir ki, Mərkəzi Bankın 28 günlük notlar üzrə son faiz dərəcəsi 6,76%,84 günlük notlar üzrə faiz dərəcəsi 3,43%, 168 günlük notlar üzrə faiz dərəcəsi 3,79%, 252 günlük notlar üzrə son faiz dərəcəsi 3.85%-dir

Qeyd edək ki,hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən  (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır. Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək.

Azərbaycan Respublikasının Mərkəzi Bankının qısa müddətli notlarının alıcıları qismində yalnız lisenziyası olan banklar çıxış edə bilər.