BANK

25 İyun

İranlı ixtiraçı koronavirus əleyhinə bankomat kəşf edib

İranlı ixtiraçı və təşəbbüskar Peyman Sarhadi İsveçrənin Sürix şəhərində ultrabənövşəyi şüalardan istifadə edərək əsginaslarda koronavirusu məhv etmək qabiliyyəti olan bankomat kəşf edib.

Bu barədə IRNA agentliyi xəbər yayımlayıb 

Peyman Sarhadi cihazın üç layihəsini hazırlayıb.

Bəzi Avropa şirkətləri ixtiraçı ilə İsveçrə və Almaniyada həmin cihazların kütləvi istehsalına başlamaqla bağlı danışıqlar aparmağa başlayıblar.

Bu cihaz ultrabənövşəyi şüalardan istifadə edərək, infeksiyanın hava vasitəsilə ötürülməsini dayandırmaq qabiliyyəti ilə mikroorqanizmləri fiziki nəzarətdə saxlayır.

(c)Virtualaz