"Əgər Mərkəzi Bank tərəfindən əmanət qəbuluyla bağlı qadağa banka gedirsə, biz istərdik ki, sistem olaraq o qadağa bizdə də görünsün".
Fins.az xəbər bunu Əmanətlərin Sığortalanması Fondunun rəhbəriTural Piriyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu zaman daha həssas davranmaq tələb olunacaq.Biz bu halda bankla müəyyən danışıqlar apara bilərik. Bankların bəziləri də əmanət qəbulu fonddan da gizlədilib, amma bu məsələni araşdırırıq".
T. Piriyev vurğulayıb ki, bağlanan 4 bankla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.