Bağlanan 4 bank üzrə 7548 nəfərə 83,9 milyon manatlıq əmanətlər üzrə kompensasiya ödənilib.
Fins.az xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Tural Piriyev deyib.
Onun sözlərinə görə, bağlanan banklarda (Atanabk, Amrahbank, AGBank və Nbcbank)toplam olaraq 74100 nəfər əmanətçinin əmanətləri sığortalanan hesab olunur.
"Burda ümumi məbləğ 670,7 milyon manatını təşkil edir. Təbii ki bu rəqəmə problemləri aşkar olunan banklardakı sığortalan əmanətlər kateqoriyasına aid olmayan əmanətlər də daxildir ", deyə T. Piriyev qeyd edib.