Beynəlxalq birjalarında avro və funtun qiymətlərində müşahidə edilən ucuzlaşmalara baxmayaraq, yenidən bahalacaqları proqnozları güclü olaraq qalır.Avrozona iqtisadiyyatında pandemiyanın ikinci dalğası fonunda narahatlıqlar avroda korreksiyanın dərinləşəcəyi ehtimallarının da artmasına səbəb olub.
Fins.az xəbər verir ki, hazırda 1.1233 dollar -ın üzərində dayanan qiymətin yenidən bahalaşmağa başlayacağı ehtimalları güclü olaraq qalır.
Eyni sözlər İngiltərə iqtisadiyyatına da aid olduğu üçün GBP/USD məzənnəsində də oxşar tendensiya müşahidə edilir. Təhlillərə əsasən, burada da qiymət cari ayın dəstək səviyyəsi üzərində qaldıqca, yenidən bahalaşmağa başlaya biləcəyi proqnozlaşdırılır.