Avrozona iqtisadiyyatında 10,2 % kiçilmə gözlənilir
Fins.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun hesabatında məlumat verilr.
Məlumata görə, BVF-nin hesabatında bəzi ölkələr üçün yeni artım proqnozları da paylaşıldı. Buna görə əvvəllər 5.9 faiz azalması gözlənilən ABŞ iqtisadiyyatının bu il 8 faiz azalması gözlənilir. 2021-ci il üçün ölkə iqtisadiyyatında artım gözləntisi 4.7 faizdən 4.5 faizə endirildi.
Fond Avro Bölgəsi iqtisadiyyatının bu il 10,2 faiz azalması gözlənilsə də, 2021-ci ildə dünya iqtisadiyyatının 6 % artacağını proqnozlaşdırır. Bölgə iqtisadiyyatının bu il 7.5 faiz azalacağı və gələn il 4.7 nisbətində böyüyəcəyi proqnozlaşdırılıb.
Avropanın aparıcı iqtisadiyyatlarından olan Almaniyanın böyümə proqnozu bu il üçün mənfi 7%-dən 7,8 % -ə endirilib. 2021-ci il üçün 5.2 %-dən 5.4 %-ə yüksəiib. Avropada Covid-19 pandemiyasından sonra ən çox təsirlənən ölkələrdən biri olan İtaliyanın iqtisadi artım proqnozu 2021-ci ildəki 6.3 %-dən 4.8 %olduğu halda 2021-ci ildə mənfi 9.1 %-dən mənfi 12.8 %-ə endirilib.
Fransa iqtisadiyyatı üçün böyümə proqnozu da bu il üçün mənfi 7,2 %-dən mənfi 12.5 faizə endirilib, növbəti il üçün böyümə proqnozu 4.5 faizdən 7.3 faizə qaldırılıb. İspaniyanın bu il üçün iqtisadi artım proqnozu mənfi 8 faizdən mənfi 12.8 faizə endirilib və gələn il üçün böyümə proqnozu 4.3 faizdən 6.3 faizə qaldırılıb.
İngiltərə üçün 2020-ci il üçün böyümə proqnozu 6,5 faizdən minus 10.2-ə endirilib, 2021-ci il üçün gözlənti 4 faizdən 6.3 faizə yüksəlib. Yaponiyanın böyümə təxminləri bu il üçün mənfi 5,2 faizdən mənfi 5.8 faizə, gələn il üçün isə 3 faizdən 2.4 faizə endirilib.
Bu düzəlişlərlə, inkişaf etmiş ölkələr qrupu üçün böyümə gözləntisi minus 6,1 faizdən 2020-ci il üçün mənfi 8 faizə, 2021-ci il üçün 4.5 faizdən 4.8 faizə endirilib.
Müəllif:Aynur Qəniyeva