BANK

24 İyun

İran tarixi rekord vuran dollarla \"PROBLEM YAŞAYIR\"

İranda hökumət 20 min tümen səviyyədən yuxarı "tarixi rekordu" qıran dolların məzənnəsi səbəbindən qiymətlərin qalxdığı üçün valyutanı yeni addımlarla məhdudlaşdırmağa çalışır.

Fins.az xəbər verir ki, hökumət tərəfindən İranda 4.200 tümen olaraq sabitlənən dolların məzənnəsinin qara bazarda 20 min tümendən çox olması, sanksiyalara görə çətinliklərlə üz-üzə qalan ölkə iqtisadiyyatına mənfi təsir göstərib

İran Sənaye, Mədən və Ticarət Nazirliyi, xarici valyutalarını ölkəyə gətirməyən iş adamlarının vizalarının vaxtının dayandırılacağını açıqlayıb. Nazirliyin açıqlamasında, iyul ayının sonuna qədər Mərkəzi Bankın müəyyən etdiyi proqrama uyğun olaraq ixracdan əldə etdiyi xarici valyutanı ölkəyə gətirməyənlər üçün yeni addımlar atılacağı bildirilir.

İran prezident idarəsinin  İqtisadi Qrupunun rəhbəri Əli Ağa Muhammedi, Mərkəzi Bankın bazara nağd pul qoyaraq valyuta bazarına nəzarət edə biləcəyini iddia edərək, "Mərkəzi Bank hər zamankındən daha güclüdür. Bazara müdaxilə üçün kifayət qədər ehtiyat var. Mövcud vəziyyətin həll edilə biləcəyini düşündüyü üçün bunu etmir. " fikirlərini səsləndirib.

Müəllif:Aynur Qəniyeva