120 milyondan çox istifadəçisi olan Braziliyanın mərkəzi bankı, WhatsApp-ın ikinci böyük bazarı olan WhatsApp-ın ödəniş xidmətini dayandırıb
Fins.az "bloomberg"-ə istinadən xəbər verir ki. bank rəsmiləri Mastercard və Visa şirkətlərindən WhatsApp vasitəsilə edilən ödəniş və pul köçürmələrinin dayandırılmasını istəyib
Bank of Brazil, WhatsApp mesajlaşma sistemi vasitəsi ilə ödəmə xidmətini dayandırıb. WhatsApp-ın ikinci ən böyük bazarı olan və 120 milyondan çox istifadəçisi olan Braziliya Mərkəzi Bankının bu qərarı Facebook cəbhəsində təəccüblə qarşılanıb. Bankın saytında verilən açıqlamada, sürətli, etibarlı, şəffaf, açıq və ucuz ödəniş sistemləri bazarında rəqabəti qorumaq üçün bu qərarın verildiyi bildirilib.
Mərkəzi Bankın qərarının çox mübahisəli olduğunu bildirən Fintech və Bank Tənzimləmələri mütəxəssisləri, qərarın ödəniş sistemləri və texnologiya bazarı tərəfindən məyusluqla qarşılandığını açıqlayıb
Müəllif:Aynur Qəniyeva