BANK

23 İyun

Bakıda bank işçisi koronavirusa yoluxdu, filial bağlandı 

Azər Türk Bankın Yasamal filialı cümə günündən müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Bankın iyunun 24-dən etibarən fəaliyyətini bərpa edəcəyi bildirilib.

Məsələ ilə bağlı Azər Türk Bankın mətbuat katibi Rauf Ağayev qeyd edib ki, Azər Türk Bankın Yasamal filialının məzuniyyətdə olan bir əməkdaşı COVİD-19 virusuna yoluxub:

“Bununla əlaqədar olaraq bank rəhbərliyi tərəfindən filialın bütün əməkdaşlarının müayinəsinin təşkili həyata keçirilib. Filialın yerləşdiyi binada mütəxəssislər dezinfeksiya işlərini yerinə yetirib. Hazırda həmin filialın müştərilərinə baş ofisdə və digər filiallarda xidmət olunur”.

Onun sözlərinə görə, Yasamal filialı sabah - 24 iyun tarixindən etibarən yeni tərkibdə fəaliyyətini davam etdirəcək.

(c)Modern