BANK

22 İyun

"Deutsche Bank" investorların dollardan imtina edəcəyini proqnozlaşdırır

Deutsche Bank investorların dollardan imtina dalğası olacağını proqnozlaşdırıb
Bankdan verilən məlumata görə, ekspert Samir Goel bildirib ki, "Dollara təcili tələbin azaldığı görünür."

Fins.az RBC-ya istinadən xəbər verir ki,ABŞ dollarına ehtiyat valyuta kimi tələb COVID-19 pandemiyasının ikinci dalğası gələcəyi təqdirdə əhəmiyyətli dərəcədə aşağı düşə bilər. Belə bir fikri CNBC-yə verdiyi müsahibədə Deutsche Bank mütəxəssisi Samir Goel deyib

Onun sözlərinə görə, indi valyuta bazarları COVID-19-un mümkün ikinci dalğası ilə bağlı narahatlıqlar fonunda "çox sayda əks axın" ilə üzləşir. Təhlilçi hesab edir ki, yeni bir yoluxma infeksiyası ABŞ dollarının inkişaf etmiş ölkələrdə, o cümlədən Çində əksər valyutalara qarşı ciddi şəkildə zəifləməsinə səbəb ola bilər.

Goelin qeyd etdiyi kimi, mart ayından etibarən, koronavirusun dünyada geniş yayılmasına başladığı zaman, investorlar Amerika dollarını "On qrup" ölkələrinin (Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Belçika, Hollandiya, İsveç, Kanada, ABŞ, İsveçrə) valyutalarından üstün tutdular. Ekspert izah etdi ki, bir qayda olaraq, investorlar qeyri-müəyyənlik dövründə, Amerika ehtiyat valyutası kimi nisbətən yaxşı mövqeyinə görə "Amerika dollarına axın edirlər". "Dollara təcili tələbin azaldığı görünür" deyə qeyd edib.