BANK

22 İyun

Wirecard: İtirilmiş 2,1 milyard avro heç olmayıb

Alman ödəmə şirkəti Wirecard,  2,1 milyard avro itkisi ehtimalının ümumiyyətlə olmadığını açıqlayıb. Şirkət maliyyə vəziyyəti ilə bağlı son hesabatını geri götürüb

Fins.az xəbər verir ki, bununla bağlı "Bloomberg" məlumat yayımlayıb

Məlumata görə,Wirecard AG, balansından çıxan 1.9 milyard avro (2.1 milyard dollar) pulun çox güman ki, mövcud olmadığını və son maliyyə nəticələri ilə bağlı hesabatı geri götürdüyünü bildirib.Bir zamanlar Almaniyanın maliyyə texnologiyasının gələcəyi kimi qiymətləndirilən ödəniş metodları şirkəti, yaşamaq üçün geniş miqyaslı yenidən qurulmanı qiymətləndirir.

Mərkəzi ofisi Almaniyada yerləşən şirkət, 2019 maliyyə ili və 2020-ci ilin ilk rübü üçün maliyyə vəsaitlərini geri götürüb və üçüncü tərəflərlə əvvəllər edilən fəaliyyət nəticələrinin doğru olmadığını bildirib. Bazar ertəsi günü nəticələr elan edilməmişdən əvvəl, Wirecardın səhmləri və istiqrazları dərinləşən qalmaqal səbəbindən çöküb.

Müəllif:Aynur Qəniyeva