BANK

22 İyun

Mərkəzi Bank uçot dərəcəsini bahalaşdırmır? - VÜSAL QASIMLI CAVABLAYIR

 Azərbaycan Mərkəzi Bankı inflyasiyanın qarşısını almaq məqsədilə uçot dərəcəsini kəskin aşağı endirmir.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Azərbaycan iqtisadiyyatı: pandemiya və postpandemiya dövründə” mövzusunda keçirilən onlayn görüşdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu digər tərəfdən devalvasiya təhlükəsini yarada bilər ki, bu da bankları ​ ciddi problemlərlə üz-üzə qoya bilər.“Belə ki, bildiyimiz kimi vaxtı ilə bu problemli kreditlərin ortaya çıxmasına, əhalinin ciddi problemlərlə üzləşməsinə səbəb oldu. Amma digər tərəfdən sual yarana bilər: - niyə Mərkəzi Bank uçot dərəcəsini bahalaşdırmır? Əlbəttə ona görə ki, manat çox baha olanda da, kimsə kredit götürür və həmin kredit əsasında sərmayə qoyub iqtisadiyyatı gücləndirmir, iş yeri açmır, vergi bazasını genişləndirmir. Yəni bir tərəfdən uçot dərəcəsi istəyir ki, manat o qədər əlçatan və ucuz olsun ki, onu sahibkarlar kredit qismində götürüb iqtisadiyyatı inkişaf etdirsinlər, biznes qursunlar. Digər tərəfdən manat o dərəcədə də ucuz olmasın ki, bu inflyasıya və ya devalvasiya yaradaraq sosial gərginliyə səbəb ola bilər”, - deyə V. Qasımlı qeyd edib.