BANK

22 İyun

Azərbaycanda hansı bankların mobil aplikasiyası yoxdur?- SİYAHI

Pandemiya şəraitində aktiv istifadə edilən bank xidmətlərindən biri də mobil bankçılıq xidmətidir. Bankların özünəməxsus olan mobil tətbiqinin yaradılması insanların banklara getmədən tətbiq vastəsilə müxtəlif bank əməliyyatlarını həyata keçirməsinə imkan verir. Bəs Azərbaycanda hansı banklarda mobil bank xidməti  yoxdur 
Ölkədə fəaliyyət göstərən "Azər Türk Bank", “Ziraat Bank”, “Naxçıvan Bank”, “Bank Melli İran” və “Pakistan Milli Bank”-da mobil bankçılıq xidməti yoxdur. 

Karantin günlərində aşağıda göstərilən bankların müştəriləri bankın mobil aplikasiyası vasitəsi ilə bank əməliyyatları həyata keçirə bilərlər.

1.“AccessBank”-  “myAccess” 
2."Kapital Bank”ın “Bir Bank” 
3.“Unibank”  - “Unibank Mobile” 
4.“Bank Respublika”-  “Mobil Şöbə” 
5.“Beynəlxalq Bank” - “İBAM”

6.“Xalq Bank” “Mobil Bank” 

7.“Expressbank”-  “Express24” 

8.Bank VTB - “Mobil Bank” 

9.“Turanbank” - “Mobil Bank” 

10.“Paşa Bank”-  “Pasha Mobile Bank”

11.Bank of Baku-  "Mobil Əlavə "

Müəllif:Aynur Qəniyeva