Beynəlxalq kredit reytinq agentliyi Moody's ABŞ-ın kredit reytinqini "AAA" və proqnozunu "stabil" olaraq təsdiqləyib
Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, Moody's açıqlamasında ABŞ-ın müstəsna iqtisadi gücünün, yüksək korporativ gücünün və ABŞ istiqraz bazarının qlobal maliyyə sistemindəki bənzərsiz və mərkəzi rolunun mövcud kredit reytinqini dəstəklədiyini bildirib.
Açıqlamada ABŞ-ın kredit reytinqinin "Aaa" olaraq təsdiq edildiyi və reytinqin görünüşünün "stabil" olduğu qeyd edilib.
Yeni növ koronavirus (Covid-19) epidemiyasının ABŞ iqtisadiyyatı üçün görünməmiş çətinliklər yaratdığını və epidemiyanın hökumətin maliyyə vəziyyətinin pisləşmə sürətini artırdığını qeyd edib.
ABŞ iqtisadiyyatının zaman keçdikcə yaxşılaşacağı və kredit profilinin şoklara qarşı davam edəcəyi bildirilir.
Açıqlamada, kredit reytinqi proqnozunun "sabit" olaraq təsdiqlənməsinin səbəbləri vurğulanaraq, aparıcı beynəlxalq ehtiyat valyuta, dollar və ABŞ istiqraz bazarının ölçüsü və dərinliyi, habelə ölkə iqtisadiyyatının müxtəlifliyi, dinamikliyi və rəqabət qabiliyyəti artan maliyyə təzyiqlərini tarazlaşdırmağa davam edəcəyi vurğulanıb
Müəllif: Aynur Qəniyeva