BANK

22 İyun

FED rəsmiləri iqtisadi inkişafla  bağlı pessimistdirlər

Fed səlahiyyətliləri iqtisadi canlanmadan narahatdırlar
2 Fed rəsmisi, keçən həftə çıxışında koronavirus pandemiyasından sonra iqtisadi inkişafla bağlı narahatlıqlarını dilə gətirmiş və virusun nəzarət altına alınmasa işsizlik səviyyəsinin artacağı barədə xəbərdar edib.

Amerika Birləşmiş Ştatlarının Mərkəzi Bankı bu ay toplantısında faiz nisbətlərini dəyişdirməsə də,  pandemiyası səbəbiylə iqtisadiyyatın tamamilə sağlamlaşması üçün illər lazım olacağını vurğulayıb. Bununla yanaşı iqtisadi məlumatlar gözləniləndən daha yaxşı, işsizlik rəqəmləri proqnozdan daha aşağı və may pərakəndə satış məlumatları iqtisadiyyatın sürətlə normallaşacağına  ümidləri artırıb

Fed rəsmiləri razılaşmırlar ...  Fed-in Boston üzrə  Başçısı Erik Rosengren, iqtisadiyyatın yenidən inkişafı ilə savaşın kəskinləşməsi istehlak və sərmayənin azaldılması və işsizliyin artması demək olar ki, karantin müddətini daha da uzadacağını söylədi.

Minneapolis Fed Başçısı Neel Kaşkari, CBS News-a verdiyi müsahibədə, iqtisadiyyatda bərpsnın gözləniləndən daha uzun müddət davam edə biləcəyini deyib. Kaşkari, işsizlik rəqəmlərindəki son müsbət tendensiyanın geri dönə biləcəyi barədə də xəbərdarlıq edib  və deyib: "Baza ssenarim, yəqin ki, bu payızda virusun ikinci dalğasını yaşayacağıq. İkinci dalğa varsa, işsizlik yenidən yüksələcək."

Keçən həftə Konqresdə çıxış edən Prezident Jerome Powell, bərpa prosesində də işsizliyin milyonlarla olacağını bildirib.

Powell, Rosengren və digər Fed rəsmiləri daha çox maliyyə və pul siyasətinə dəstək tələb oluna biləcəyini vurğulayıb