BANK

19 İyun

Pul bazası aprel ayının sonundan bəri 8% artıb, ilin əvvəlindən bəri isə 10.6% azalıb

Pul bazası aprel ayının sonundan bəri 8% artıb, ilin əvvəlindən bəri isə 10.6% azalıb

Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb

Məlumata görə, Mərkəzi Bankın pul siyasəti alətləri faiz dəhlizi parametrləri çərçivəsində tətbiq olunmuşdur. Depozitlərin cəlbi və qısamüddətli notların yerləşdirilməsi üzrə Mərkəzi Bankın təşkil etdiyi hərraclarda tələbin təklifi üstələməsi müşahidə olunmuş, bu alətlər üzrə gəlirlik faiz dəhlizinin aşağı həddinə yaxınlaşıb. 

 

Manatla yeni əmanət və depozitlər, habelə yeni kreditlər üzrə son ayda faiz dərəcələri fiziki və hüquqi şəxslər üzrə fərqli istiqamətlərdə dəyişmişdir. İyun ayının 1-dən başlayaraq manatla sığortalanan əmanətlər üzrə maksimal faiz dərəcəsinin yüksəlməsinin de-dollarlaşma proseslərinə müsbət təsir göstərəcəyi gözlənilir.