BANK

19 İyun

Mərkəzi Bank: İllik inflyasiya tempi aşağı düşüb

İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə illik inflyasiya tempi aşağı düşüb 

Fins.az -ın məlumataına görə,Mərkəzi Bank açıqlayır ki,Rəsmi statistikaya görə may ayında 0.5%-lik deflyasiya qeydə alınmış, illik inflyasiya 2.9% təşkil etmişdir.

Son 12 ayda inflyasiya ərzaq məhsulları üzrə 5.7%, qeyri-ərzaq məhsulları üzrə 1.4% və xidmətlər üzrə 0.4% təşkil etmişdir. Pandemiyanın yaratdığı qeyri-müəyyənliklər fonunda istehlak və investisiya xərclərinin azalması ilə məcmu tələbin daralması başlıca dezinflyasiya amili kimi çıxış edir. Ərzaq inflyasiyasının azalmasına əlavə olaraq kənd təsərrüfatı məhsullarının mövsümi ucuzlaşması və dünya ərzaq qiymətlərində enişin davam etməsi (2020-ci ilin 5 ayında -10.5%) də təsir göstərir.

Müəllif:Aynur Qəniyeva