BANK

18 İyun

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları yerləşdirilib- 25 MLN MANAT

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi keçirilmişdir.

18 iyun Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət  Fondu ASC-nin 25 milyon manat həcmində, 8280 gün tədavül müddətli ipoteka  istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25 milyon  manat olmuşdur.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 25 milyon manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 27 noyabr  2038-ci ildir.