BANK

18 İyun

Mərkəzi Bank sabah manatla bağlı qərarını AÇIQLAYACAQ

Azərbaycan Mərkəzi Bankının pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə əsasən Bankın İdarə heyətinin növbəti iclası 19 iyun 2020-ci il tarixində keçiriləcək və faiz dəhlizinin parametrlərinə dair qərar da həmin gün açıqlanacaqdır.

Bu iclasda da faizlərin sabit saxlanılacağına daha çox ehtimal verilir. 

Hazırda 3%-ə yaxın olan inflyasiya Mərkəzi Bankın 4-6% olan hədəf aralığından aşağıdır. Buna baxmayaraq koronovirusun geniş yayılması ilə qeyri-müəyyənlik davam edir. Apreldə kəskin ucuzlaşmış neft May və İyunda bir qədər bahalaşıb. İnflyasiyanın Mərkəzi Bankın hədəf aralığında aşağı olmasına və neft qiymətlərinin bir qədər yüksəlməsinə baxmayaraq 19 İyunda da Mərkəzi Bank gözləmə mövqeyi tuta bilər.