BANK

01 İyun

Banklara dollarda yerləşdirilən əmanətlərin həcmi çoxalıb - MƏBLƏĞ

2020-ci ilin yanvar-aprel aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 10,2% - 7 milyard 758 milyon manatadək azalıb. Bu barədə Mərkəzi Bankı məlumat yayımlayıb .

Əhalinin xarici valyutada əmanətləri 5,1% - 4 milyard 277 milyon manatadək və ya bütün əmanətlərin 55,1%-i səviyyəsində azalıb (2019-cu ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 52,2% təşkil edib).

Yanvar-aprel aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 15,8% - 3 milyard 481 milyon manatadək (bütün əmanətlərin 44,9%-i) azalıb.