BANK

01 İyun

İpoteka və Kredit Zəmanət Fondu 66 milyon manat məbləğində ipoteka krediti verib

2020-ci ilin yanvar-aprel aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 66 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 10,4% azdır. Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Apreldə fondun agent bankları tərəfindən 11,5 milyon manat məbləğində ipoteka krediti verilib.

AMB-nin məlumatına görə, yanvar-aprel aylarında İKZF 7,3 milyon manat məbləğində kreditləri təkrar maliyyələşdirib (2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə azalma 92,7% - İF).

2020-ci ilin aprel ayında fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 57,8 milyon manat alıb. Ümumilikdə, ilin əvvəlindən hökumət sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 75,5 milyon manat ayırıb.