BANK

01 İyun

Azərbaycanda nağd pul kütləsi azalıb

Bu ilin mayın 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi (M3) 26 291,8 mln. manat təşkil edib ki, bu da əvvəlki aya nisbətən 429,4 mln. manat və ya 1,6% azdır.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1 818,4 mln. manat və ya 7,4% artıb.

Hesabata əsasən, manatla geniş pul kütləsi aylıq müqayisədə 41,4 mln. manat və ya 0,25%, illik müqayisədə isə 1 518,9 mln. manat və ya 10,1% artıb.

Bundan əlavə, banklardan kənarda nağd pul kütləsinin həcmi (M0) mayın 1-nə 8 530,8 mln. manat təşkil edib. Bu isə aylıq ifadədə 174,2 mln. manat və ya 2% çoxdur. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 924,2 mln. manat və ya 11,9% artıb.

(C)APA