BANK

01 İyun

Bank Respublika Uşaqların Müdafiəsi Günündə Aprel şəhidlərinin övladlarını təbrik etməyi unutmayıb

2016-cı ilin Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi. Dövlət tərəfindən Aprel şəhidlərinin ailələrinə göstərilən xüsusi dəstək və eləcə də qayğı ilə görülən xeyirxah işlərə ölkəmizdə çoxsaylı sosial layihələr həyata keçirən Bank Respublika da, öz töhfəsini verib.

Belə ki, Bank, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə birgə “Sabah” FK və AFFA-nın dəstəyi ilə Aprel şəhidlərinin övladları üçün “1 iyun – Uşaqların Müdafiəsi Günü”nə həsr olunmuş təqdirəlayiq aksiya həyata keçirib. Azərbaycanın müxtəlif regionlarında həyata keçirilən aksiya çərçivəsində  “Bank Respublika”nın nümayəndələri və “Sabah” FK-nın tərkibində oynayan milli komandanın üzvləri, Vətənin müdafiəsi uğrunda igidlik göstərərək şəhid olmuş əsgər və zabitlərin övladlarını ziyarət edib, onlara müxtəlif hədiyyələr təqdim edərək bayram sevinci yaşadıblar.

Keçirilən görüşlərdə Bankın nümayəndələri Aprel döyüşlərinin xalqımızın şanlı tarixi olduğunu vurğulayaraq bildiriblər ki, bütün şəhid övladları atalarının igidliklərinə görə qürur duymalıdırlar və Azərbaycan xalqı hər zaman onların qəhrəmanlıqlarını xatırlayacaq.

Aksiyanı həyata keçirməkdə məqsəd, Vətən uğrunda canından keçmiş Aprel şəhidlərinin ailələrinə diqqət yetirməklə, onların bayram günlərində unudulmadıqlarını bildirmək olub.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.