30 aprel 2020-ci il tarixinə respublikada 28 bank fəaliyyət göstərir.
Fins.az Mərkəzi Banka istinadən məlumat verir ki, bu bankların 13-ü xarici kapitallıdır.
Bildirilir ki, martın sonuna bankların 467 filialı fəaliyyət göstərir.Bu göstərici 2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə 8,3% azdır. Hazırda bankların 117 şöbəsi fəaliyyət göstərir ki, bu da ötən ilin eyni dövrü ilə müqaisədə 12% azalmanın olduğunun göstərisidir.
Müəllif:Aynur Qəniyeva