BANK

20 May

"Bank of Baku” -nun səhmdarlarının toplantısı keçiriləcək-NƏLƏR MÜZAKİRƏ OLUNACAQ?

"Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının toplantısı keçiriləcək
Fins.az xəbər verir ki, bu barədə bankın elanında məlumat verilir

Məlumata görə elanda bildirilir ki, 06 iyul 2020-ci il tarixdə saat 15:00-da "Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası keçiriləcək. 
İclas Bankın Baş İdarəsi, Bakı AZ1069, Atatürk prospekti, 42.ünvanında keçirilməsi nəzərdə tutulur.

 Eyni zamanda "İclasın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilib. Gündəlik üzrə materialları göstərilən ünvandan əldə etmək olar." -deyə bankın elanında qeyd olunub.

Müəllif: Aynur Qəniyeva