BANK

19 May

Amerika Mərkəzi Bankının sədrindən dollarla AÇIQLAMA

ABŞ Mərkəzi Bankının (FED) sədri Cerom Pauelin (Jerome Powell) ABŞ Senatı Bankçılıq, Əmlak və Şəhər İşləri Komitəsində edəcəyi təqdimatın mətnini yayımlanıb.

Pauel, mərkəzi bankın iqtisadiyyat düzələnə qədər bütün vasitələrini istifadə etməyə və faizləri sıfıra yaxın səviyyədə saxlamağa hazır olduğunu qeyd edib.

Pauel, "Biz bu çətin dövrdə iqtisadiyyatı dəstəkləmək üçün bütün vasitələrimizi istifadə edəcəyimizə söz veririk. İqtisadiyyatın son hadisələri sovuşdurduğundan əmin olana, maksimum məşğulluq və qiymət sabitliyi hədəfimizə çatma yoluna girənə qədər faizləri bu səviyyədə saxlayacağıq", -bildirib.