BANK

19 May

Bu sahədə plastik kartların hazırlanması və göstərilən bank xidmətləri dövlət büdcəsindən maliyyələşdiriləcək

Prezident İlham Əliyev bu gün “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilib.

Dəyişikliklərə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına bitkiçilik və heyvandarlıq sahələri üzrə subsidiyaların ödənilməsi məqsədilə subsidiya məbləğləri köçürülən plastik kartların hazırlanması və göstərilən bank xidmətləri hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçiriləcək.

Azərbaycanda yeni subsidiyalaşdırma sistemi 2020-ci ilin fevral ayından tətbiq edilib.