BANK

14 May

Valyuta hərracı keçirildi - DOLLARA TƏLƏB YENİDƏN ARTIB

14 may 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 54,7 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

12 may 2020-ci il tarixində keçirilmiş hərracda tələb 47,9 milyon ABŞ dolları təşkil etmişdi.