BANK

13 May

Elman Rüstəmov: Ümumilikdə, bank sektoru kifayət qədər likvidliyə malikdir.

Ümumilikdə, bank sektoru kifayət qədər likvidliyə malikdir.

Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bank sədri Elman Rüstəmov deyib

O bank sektorunun likvidliyi ilə bağlı bildirib ki, hazırda bankların likvid vəsaitləri 8 milyard manatı ötür ki, bu da bank sektorunun aktivlərinin 26%-ni təşkil edir. Banklar da öz öhdəliklərini vaxtında yerinə yetirir", - deyə o bildirib.

Mərkəzi Bank sədri həmçinin bu gün sektorun kapital adekvatlığı təxminən 23% təşkil edir ki, bu da normativ tələblərdən 2,3 dəfə çoxdur.

Müəllif:Aynur Qəniyeva