"Müzakirələrdə biz inandırmağa çalışacağıq ki,bunu biz nəyə görə təklif edirik"
Fins.az xəbər verir ki, bunu Mərkəzi bankın sədri Elman Rüstəmov deyib
O bildirib ki, müvafiq qanun layihəsi Milli Məclisdə müzakirədədir.Milli məclisin yeni rəhbərliyi komitə rəhbərliyi bizə müraciət etdi.Onlar da yenidir. Bu layihə veriləndə biz requlyator deyildik . Milli Məclisdə bu qanun müzakirə olundu. Bu müzakirə əsasında işçi qrupu yaradıldı dünən işçi qrupunun rəyi artıq mənə təqdim olundu.Mən o işçi qrupunun rəyi ilə tam razıyam .Bütövlükdə bu sferanın tənzimlənməsi, yaradılmış hüquqi çərçivə istiqamətində çox önəmli təkliflərimiz oldu.Biz onu Milli Məclisə təqdim edəcəyik.
Mərkəzi Bank sədri eyni zamanda"Təbii ki, müzakirələrdə biz inandırmağa çalışacağıq ki,bunu biz nəyə görə təklif edirik. Səhv etmirəmsə qanunun üçüncü oxunuşdadır. Yəqin ki, bu təkliflər də müzakirə olunandan sonra əlavə edilərək qanun qəbul olunacaq.Bizə imkan verəcək ki, bir növ xaotik sistem olan lombard sistemi üzərində effektiv nəzarət sistemi qura bilək. Burada başlıca məqsəd əhalinin xüsusilə də bu xidmətlərin istehlakçılarının maraqlarının qorunması olacaq."-deyə qeyd edib
Müəllif:Aynur Qəniyeva