BANK

13 May

Elman Rüstəmov: "Biz tam şəffaf şəkildə deyirik ki,bəli problemlər olubdur var"

Belə bir termin var."Yoluxma effekti" bu etibarsızlıq hətta sağlam banka da keçə bilir. Sağlam bankın da etibarını şübhə altına ala bilir. Buna görə də məhz bizim atdığımız sərt  addımlar, sistemin təmizlənməsi  bütövlükdə ictimaiyyətdə tam əminlik yaratmaqdır ki,qalan banklara onlar etibar edə bilərlər"

Fins.az xəbər verir ki, bunu Mərkəzi bank sədri Elman Rüstəmov deyib

O bu istiqamətdə Mərkəzi bankın atacağı addımlara toxunaraq qeyd edib ki, bu istiqamətdə atacağımız ən başlıca addım artıq qeyd etdiyim kimi onların maliyyə hesabatlarının şəffaflığıdır.Onların tam şəffaf şəkildə dərc olunmasıdır. Xarici auditə olan tələbin artırılmasıdır.Bankın daxili nəzarət qurumlarının məsuliyyətinin artırılmasıdır.Bağlanan banklarda çox vaxt onlar da bankın menecmenti sahibləri ilə birlikdə bu proseslərdə iştirak ediblər. Digər banklara gəldikdə biz görürürük ki, burada daxili audit xidməti var. Tam şəkildə səhmdarlara tabe olmaqla ancaq səhmdarlara hesabat verirlər ,menecmentin səhvlərini gizlətmirlər.daxili risk menecmenti qabaqcadan xəbərdar etməklə bütövlükdə bankın sağlamlığını qorumaq lazımdır.Bütün bunlar bankların daxilində korparativ idarəetmə standartlarının əhəmiyyətli qaldırlmasını tələb edəcək.

O bağlanan bankların idarəetməsində olan boşluqlardan danışaraq "Olduqca böyük bir işdir.Burada boşluqlar olubdur. Bunu demək lazımdır .Bütövlükdə bunlara göz yummaq olmaz.Mən açıq danışıram .Bəzən deyirlər ki,açıq danışmaq əhalidə biznesdə ola bilsin ki,suallar yaradır. Yox! Biz tam şəffaf şəkildə deyirik ki,bəli problemlər olubdur var. Ölkə başçısının  bizə olan tapşırığı ondan ibarətdir ki,tam şəffaf ,rəqabətli əhalinin biznesin xarici kapitalın investorların etibar edcəyi maliyyə sektoru yaratmaq lazımdır."-deyə qeyd edib. 

Müəllif:Aynur Qəniyeva